AZ

İsrailə 4 milyon avro dəyərində silah ixrac edəcəklər

Almaniyanın yeni hökuməti İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Almaniyanın Təl-Əvivə silah və hərbi texnika satışı 2024-cü ildə 161,1 milyon avro olub.

ildə İsrailə 327 milyon avro dəyərində silah və hərbi texnika satışını təsdiqləyib.

2023-cü ildə Almaniyanın İsrailə silah və hərbi texnika satışı 2022-ci illə müqayisədə 10 dəfə artmışdı.

Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı da heç bir açıqlama verilmir.

Seçilən
12
1
operativmm.az

2Mənbələr