AZ

Yeni klubu Mahirə nə qədər PUL QAZANDIRACAQ?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub.
O, Almaniyada "Kayzerslautern" ilə anlaşıb. Artıq II Bundesliqa klubunun 27 yaşlı futbolçu ilə 3 illik müqavilə bağladığı bildirilib.
Mahir Emrelinin son klubu bu liqada "Nürnberq" olub. Onun adı başqa klublarla da hallanırdı. Bura "Fortuna" və "Sankt Paule" daxildir.
"Kayzerslautern" ötən mövsüm çempionatda yeddinci yeri tutub. Yeni klubu yığmamızın forvardına ilk ildə 500 min avronun üzərində ödəmə edəcək. Sonrakı sezonlarda isə bu rəqəm daha da artacaq. Müqavilə sənədlərində çoxsaylı bəndlər də öz əksini tapıb. Komandanın Bundesliqaya vəsiqə qazanması, Mahirin meydana çıxacağı oyunların, vuracağı qolların sayı və digər müddəalar burada yer alıb.

SPORTİNFO.AZ

Seçilən
40
49
sportinfo.az

10Mənbələr