AZ

Aİ Türkiyəni təhlükəsizlik aktyoru kimi qəbul edir

BAKI, TurkicWorld

Türkiyəni təhlükəsizlik aktyoru kimi görürük.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyənin regional və beynəlxalq təhlükəsizlik sahəsində artan rolunu vurğulayıb.

O bildirib ki, Türkiyə Aİ üçün mühüm tərəfdaş və təhlükəsizlik aktyorudur.

Aİ Komissiyasında çıxışı zamanı Kallas Türkiyənin yeni maliyyələşdirmə aləti olan Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) çərçivəsində mümkün iştirakı ilə bağlı suala cavab verərək qeyd edib ki, Birliyin müdafiə layihələrinə Türkiyə kimi namizəd ölkələrin də daxil edilməsi planlaşdırılır

“Aİ-də təhlükəsizlik və müdafiə ilə bağlı qərarlarımız yeni maliyyə imkanları yaradır. Bu, birgə satınalmalar və layihələr üçün rıçaq rolunu oynayır. Türkiyə kimi tərəfdaşlarla əməkdaşlıq üçün mexanizmlər mövcuddur.” - deyə Kallas bildirib.

Aİ-nin müdafiə sənayesində ABŞ-dan asılılıq səviyyəsinə də toxunan Kallas qeyd edib ki, Avropa öz müdafiə sənayesini gücləndirməlidir. Onun sözlərinə görə, SAFE çərçivəsində Türkiyə ilə ortaq müdafiə layihələri həyata keçirmək mümkün olacaq.

“Türkiyə namizəd ölkə kimi bu proqramlardan faydalana bilər. Onu təhlükəsizlik sahəsində ciddi bir aktyor kimi görürük”, – deyə Kallas əlavə edib.

Kaja Kallas çıxışı zamanı Yaxın Şərqdə artan gərginliklərə, xüsusilə İsrail-İran qarşıdurmasına da münasibət bildirib. O, nüvə obyektlərinə hücumların narahatlıq doğurduğunu və İranla diplomatik yollarla həll axtarışlarının vacibliyini vurğulayıb.

Kallas həmçinin qeyd edib ki, İstanbul bir çox görüşlərin keçirildiyi diplomatik mərkəzə çevrilib və bu səbəblə Türkiyənin vasitəçilik səyləri beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Seçilən
3
turkic.world

1Mənbələr