AZ

İran Rusiyadan hərbi yardım istəyib? - Peskovdan cavab

Rusiya İrana humanaitar yardım göndərməyə hazırdır.

Yenisabah.az rbk-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: "Əgər hər hansı müraciət olarsa, təbii ki. Onlar tez, operativ şəkildə təhlil ediləcək".

Peskovun sözlərinə görə, İran rəhbərliyi İsrailin zərbələri başlayandan sonra Moskvadan hərbi yardım istəməyib.

O qeyd edib ki, iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində qarşılıqlı hərbi yardım haqqında müddəa yoxdur:

“İnformasiya agentliklərinin rəhbərləri ilə söhbət edən prezident Putin Rusiyanın İrana hərbi yardım edib-etməyəcəyi sualına cavab verərkən deyib ki, hərbi baxımdan, birincisi, İran bizdən kömək istəməyib, ikincisi, hətta İranla əldə etdiyimiz razılaşma kontekstində belə vəziyyətlərdə qarşılıqlı hərbi yardımla bağlı heç bir müddəa yoxdur”

Eyni zamanda o, Moskvanın İsrailin zərbələrini pislədiyini və münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bəyan etdiyini xatırladıb.

2025-ci il aprelin 8-də Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə ratifikasiya edilib.

O, 47 maddədən ibarətdir, sənədin təxminən üçdə biri hərbi-texniki əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə həsr olunub.

Digər məsələlərlə yanaşı, tərəflərdən birinə hücum olarsa, digərinin “təcavüzkara heç bir hərbi və ya digər yardım göstərməməli” və nizamlanmanı asanlaşdıracağı bildirilir. Rusiya və KXDR arasında bağlanmış analoji razılaşmadan fərqli olaraq, müqavilə tərəflərinə qarşı təcavüz halında hərbi dəstək haqqında bənd yoxdur.


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr