Görkəmli rus yazıçı Lev Tolstoyun "Anna Karenina", "Baldan sonra" və "Tanrı həqiqəti görür, amma gözləyir” əsərləri Ədəbiyyat üzrə Nobel mükafatından imtina edən yazıçıların ən populyar kitabları reytinqində ilk üç yeri qazanıb.
Kulis.az xəbər verir ki, 2025-ci ilin ilk beş ayında Tolstoyun kitablarına tələbat əvvəlki dövrlə müqayisədə 15% artıb.
İkinci yeri məşhur yazıçı və ictimai xadim Aleksandr Soljenitsın, üçüncü yeri isə Boris Pasternak tutub.
İlk beşliyə, həmçinin Bernard Şou və Jan-Pol Sartrdaxil olub, ən sonuncu, altıncı yeri isə Elfrida Yelinek tutub.
Tədqiqatın nəticələrinə görə, qadınlar daha çox Lev Tolstoy, Jan-Pol Sartrvə Bernard Şounu oxuyur, kişilər isə daha çox Elfrida Yelinekin əsərlərini mütaliə etməyə üstünlük verirlər.
Boris Pasternak və Aleksandr Soljenitsının əsərləri isə bərabər nisbətdə oxunur.
Bir neçə gün əvvəl Kanadanın "Edmonton Oilers" milli xokkey komandasının müdafiəçisi Darnell Ners etiraf edib ki, artıq ay yarımdır o, Lev Tolstoyun məşhur "Hərb və sülh" romanını oxuyur.