AZ

“Yağış suyuna belə vergi var”

Almaniyada arzuladıqları evi alan gənc cütlük, qarşılaşdıqları yüksək vergi və xərclər səbəbindən məyus olublar. Cütlük “Əsl çətinlik ev aldıqdan sonra başladı”, – deyib.

Almaniyada yaşayan gənc cütlük ev aldıqdan sonra qarşılaşdıqları reallıqları sosial şəbəkədə paylaşıb. “İnstagram”da paylaşdıqları videoda peşman olduqlarını dilə gətirən cütlük "Peşman olacağımı heç düşünməmişdim" deyib. Hər şeyin ev almaqla bitəcəyini düşünən cütlük əsl xərclərin bundan sonra başladığını vurğulayıb.

***

Cütlük təkcə mənzil krediti deyil, vergi, sığorta, aylıq xərclər, təmir kimi xərclərin də düşündüklərindən qat-qat artıq olduğunu bildirib. Onları ən çox təəccübləndirən məsələlərdən biri də “yağış suyu vergisi” idi. Evin damına düşən yağış suyu kanalizasiyaya axıdıldığı üçün bu vergi ödənilir.

Bütün bu xərclər qarşısında böyük yük altında olduqlarını deyən cütlük, “Ev almaq azadlıq kimi görünsə də, bəzən insan özünü zəncirlənmiş kimi hiss edir”, – deyərək hisslərini izləyiciləri ilə bölüşüblər.

Seçilən
2
vaxt.az

1Mənbələr