Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner bildirib ki, ABŞ Milli Kəşfiyyatının İranın nüvə silahı yaratmaq üzrə işlərini bərpa etməsi barədə məlumatı yoxdur. O xatırladıb ki, hələ mart ayında departamentin direktoru Tulsi Qabbard “İran bomba yaratmaq üçün heç bir tədbir görməyib” demişdi. "Və bu həftənin bazar ertəsi, kəşfiyyatın dəyişmədiyinə dair təsdiq aldıq"- deyib. Senator ABŞ prezidenti Donald Trampın İranla bağlı siyasətini tənqid edərək, Ağ Ev rəhbərinin kəşfiyyat məlumatlarına məhəl qoymadığını qeyd edib. "Tvit vasitəsilə xarici siyasət çılğınlıqdır. Amma bu adam belə edir", - deyə senator bildirib.
O, həmçinin etiraf edib ki, Vaşinqtonun İranla bağlınə edəcəyi barədə “heç bir fikri yoxdur”. "Mən Kəşfiyyat Komitəsinin sədr müaviniyəm və mənim heç bir fikrim yoxdursa,o zaman Amerika xalqı nə bilir?"-deyə Uorner soruşub. Bundan əvvəl Trampa Qabbardın İranın nüvə proqramı ilə bağlı açıqlaması xatırladılıb. Bununla belə, Ağ Evin rəhbəri bundan imtina edib. “Onun nə dediyi mənə əhəmiyyətlı deyil, düşünürəm ki, onlar nüvə silahını yaratmağa çox yaxın idilər”, - deyə Tramp qeyd edib
Surxay Əliyev