ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmağa qərar verərsə, İtaliya ABŞ-ni öz ərazisində hərbi bazalarla təmin edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti İtaliya hökumətindəki mənbələrə istinadən məlumat verib.
Qeyd olunur ki, hələlik tərəfdaşlardan belə bir müraciət daxil olmayıb.
Məlumata görə, Roma ehtiyatlı və diqqətli davranır, çünki İraq və Livanda İtaliya kontingenti yerləşdirilib. İranın İsraili dəstəklədiyi təqdirdə digər dövlətlərin bazalarına hücum ediləcəyi ilə bağlı xəbərdarlığı fonunda onlar (İtaliya kontingenti) təhlükə altında ola bilər.
Eyni zamanda, qəzet son qərarın Romadan asılı olduğunu qeyd etsə belə, İtaliya hökumətinin Vaşinqtondan imtina edə bilməyəcəyinə diqqət çəkir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.