Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramı ilə bağlı qərəzli və yalan məlumatlar yayaraq İsrailin hücumları üçün bəhanə yaradıb".
Oxu.Az-ın "Al Arabiya"ya istinadla verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bəyan edib.
"Siz tamamilə qərəzli hesabatınızda həqiqəti gizlətdiniz. Böyük Britaniya, Almaniya, Fransa və ABŞ bu hesabatdan istifadə edərək İranı öhdəliklərini pozmaqda ittiham edən əsassız qətnamə qəbul etdilər," - deyə Baqai bildirib.
O qeyd edib ki, həmin qətnamə daha sonra İsrailin İranın nüvə obyektlərinə qarşı təcavüzkar müharibəyə başlaması üçün "son bəhanəyə" çevrilib.
Bəqai Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossiyə müraciətlə bildirib:
"Aldadıcı yanaşmalar ağır nəticələrə səbəb olur və hüquqi məsuliyyət yaradır. Siz BAEA-nı bu ədalətsiz müharibənin tərəfinə çevirdiniz".
Öz növbəsində BAEA "X" sosial şəbəkəsində yaydığı bəyanatda İsrailin İranın Ərak yaxınlığında yerləşən, istifadədə olmayan Xondab ağır su tədqiqat reaktoruna zərbə endirdiyini təsdiqləyib.
Bəyanatda vurğulanıb ki, reaktor istismarda deyildi və nüvə materialı içərisində yox idi, buna görə də radioaktiv çirklənmə baş verməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.