AZ

“Oyunun qaydalarını yaxşı bilir”

İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, dünyaya Tehrandan gələn nüvə təhdidini aradan qaldırmaq məhz İsrailin vəzifəsidir.

Ayətullah Xameneyinin fiziki məhv edilməsi ehtimalını şərh edən baş nazir bildirib ki, “heç kim toxunulmaz deyil. Bütün şiə oxu cavab vermir və Hizbullah bir raket belə atmayıb”.

İsrailin baş naziri Netanyahu “İran rejiminin devrilməsi” ilə bağlı: “2500 il əvvəl Kir yəhudi xalqını azad etdi, indi yəhudi xalqı fars xalqına özlərini azad etməyə kömək edir. İran rejiminin devrilməsi İran xalqından asılıdır. Biz onlara buna nail olmaq üçün şərait yaradırıq”.

“Əməliyyatın sonuna qədər İranın nüvə və ya raket proqramı olmayacaq. Biz İrana ağır zərbələr vurduq və Natanz nüvə obyektini istismardan çıxardıq. Biz İranın nüvə təhlükəsini aradan qaldırmağa qadirik və Tehran nüvə silahı əldə etməyəcək. Biz İranın nüvə arxivini vurduq.”.

Netanyahu ABŞ-ın hücumlara qoşulmasına münasibət bildirib: “Hər şey Trampdan asılıdır, o, oyunun qaydalarını yaxşı bilir”.

İsrailin baş naziri ABŞ prezidenti haqqında da müsbət fikirlər səsləndirib: “Bizim heç vaxt Trampdan yaxşı dostumuz olmayıb və onun verdiyi hər qərarı yüksək qiymətləndiririk”.

“Müharibənin şəxsi itkiləri var, insanlar əziyyət çəkib, bu mənim ailəmdən də yan keçməyib – oğlum hətta toyunu ləğv etdi”.

Seçilən
4
vaxt.az

1Mənbələr