AZ

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Açıqlama

“Bakcell”in baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks etdirən “PwC illik CEO sorğusu”nda iştirak edib. 

Mia.az xəbər verir ki, “PwC Azərbaycan” nümayəndələri ilə müsahibə zamanı Klaus Müller ölkədə sürətlənən rəqəmsal və texnoloji inkişafın tendensiyaları ilə bağlı fikirlərini bölüşüb.

"İnnovasiya və süni intellekt “Bakcell”in inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətdə görülən ardıcıl və strateji işlər vasitəsilə biz məhsul və xidmətlərimizdə tətbiq etdiyimiz yeniliklərlə yanaşı, Azərbaycanın rəqəmsal gələcəyinin qurulmasına töhfə verməyi hədəfləyirik.” - deyə Müller bildirib.

"Bakcell" haqqında

Seçilən
14
37
mia.az

2Mənbələr