Rusiya prezidenti Vladimir Putin İsraillə İran arasında gərginliyin azaldılmasının mümkün olduğunu deyib.
İsrail İranın ali dini lideri Ayətullah Əli Xamneyini öldürsə, Rusiyanın reaksiyası necə olacaq sualına isə Putin diqqətçəkən cavab verib.
Putin “Mən belə bir şeyi müzakirə etmək belə istəmirəm” deyib. Həmçinin 200-dən çox rus işçisinin İranın Buşəhr Atom Elektrik Stansiyasında iki yeni reaktorun inşası üzərində çalışdığını xatırladan Putin, İsrail rəhbərliyi ilə onların təhlükəsizliyinin təmin ediləcəyi mövzusunda razılaşdıqlarını deyib.
TAHİR