
Mehr agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın bəyanatlarına etiraz olaraq Tehrandakı İsveçrə səfirini (ABŞ maraqlarını təmsil edir) çağırıb.“ABŞ prezidentinin məsuliyyətsiz və təhdid dolu bəyanatlarından sonra… Tehrandakı İsveçrə səfiri xanım Nadine Lozano Xarici İşlər Nazirliyinə çağırılıb və ona dərhal ABŞ hökumətinə təqdim olunmaq üçün nota verilib”, — məlumatda bildirilib.İranın Xarici İşlər Nazirliyinin köməkçisi İsa Kameli Trampın səsləndirdiyi təhdidləri qəbuledilməz adlandırıb və qeyd edib ki, sülhə və beynəlxalq təhlükəsizliyə təhlükə yaradan bütün nəticələrə görə məsuliyyət ABŞ hakimiyyətlərinin üzərinə düşür.Ulusum.az
Diqqət Çəkənlər
Ərdoğan deyir ki, Netanyahu genosiddə Hitleri belə keçib
Trampın İranla bağlı gizli hücum planları və raket hədəfləri açıqlanır
Qonoreyanın Gözə Təsiri Var?