“Sərhədlərimiz bağlı deyil. Amma quru yolu ilə sərhədlərimizi keçmək xüsusi icazə ilə mümkündür.”- bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildidib.
Millət vəkili qeyd edib ki, 2022-ci ildən başlayaraq Rusiya – Ukrayna və yaxın günlərdə başlayan İran -İsrail müharibəsinə görə hökumətimiz vətəndaşlarımızın təhlükəsizliyini düşünüb bu qərarı verib.
“Şimal sərhədlərimizdən hər zaman bizə təhlükə var. Məhz buna görə quru sərhədlərimiz güclü qorunur. Belə coğrafi məkanda yerləşən ölkəmiz bu amilləri nəzərə alır.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: