AZ

Ərdoğandan Kahramanmaraşda duyğulandıran çıxış: “Sizdəki yaranın özü bizdədir”

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda keçirilən tədbirdə qardaş Azərbaycanla bağlı duyğulandıran çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu şeiri Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı səsləndirib.

Prezident zəlzələdən sonra Azərbaycanın bölgədə həyata keçirdiyi bərpa layihələrinə təşəkkürünü bildirərək, Azərbaycan xalqının dərdinə şərik olduqlarını poetik şəkildə ifadə edib:

“Baxtına ağlayan azəri qızıSən Qarabağ deyirsən, mən qarayazıBoşluqda çırpınır Türkün avazıSanma ki, dərdlərin azı bizdədirSizdəki yaranın özü bizdədir”.

Ərdoğanın bu misraları tədbirdə iştirak edənləri duyğulandırıb, zaldan alqışlar səslənib. Prezident bildirib ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq təkcə siyasi və iqtisadi deyil, həm də ürəkdən gələn, dərdləri bir edən mənəvi bağlardır.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
bakivaxti.az

1Mənbələr