AZ

Dövlət qurumları arasında voleybol yarışının qalibləri mükafatlandırılıb - FOTO

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı kişilər arasında keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində baş tutan yarışda kişi komandaları mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda Fövqəladə Hallar Nazirliyi birinci yeri tutub.

SOCAR komandası ikinci, “Azərbaycan Dəmir Yolları” QSC isə üçüncü yerin sahibi olublar.

Qeyd edək ki, yarışın ilk günü qadın komandaları arasında oyunlar keçirilib. Bu mərhələdə də Fövqəladə Hallar Nazirliyi qalib gəlib. SOCAR ikinci, ASAN xidmət isə üçüncü pillədə qərarlaşıblar.

İdman.biz

Seçilən
2
2
idman.biz

3Mənbələr