AZ

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir - Rəcəb Tayyib Ərdoğan

Kahramanmaraş. Trend:

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımızıntalelərinin ayrılmazlığının göstəricisi olan “Bir millət, ikidövlət” kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bugün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyininsarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk.

Trend xəbərverir ki, bu sözləri iyunun 19-da Kahramanmaraş şəhərində“Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxış edən TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasındaAzərbaycanın on milyon sakinini səmimiyyətlə salamladı.

Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermişdağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilkgələnlərdən biri də Azərbaycan olub.

“Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxtunutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçünPrezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusiminnətdarlığımı bildirmək istəyirəm”, - deyən Prezident ƏrdoğanKahramanmaraşın “Azərbaycan” məhəlləsini təbii fəlakət bölgəsininbərpasının qürur mənbəyi adlandırıb.

Türkiyə lideri, həmçinin Kahramanmaraşda yeni yaşayış kompleksilayihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatıDövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlətİdarəsinə (TOKİ) təşəkkür edib.

Seçilən
21
20
az.trend.az

10Mənbələr