Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkəsilli, Səudiyyə Ərəbistanı vətəndaşı olan milyarder Adnan Kaşıkçının qardaşı oğlu Muhammed Kaşıkçı ailə qurub.
BAKU.WS xəbər verir ki, o, Türkiyədə özünə təmtəraqlı toy edib.

Muhammedlə sevgilisi Keenaz Hareemin özəl gününə 200 xüsusi qonaq dəvt edilib. Toy təmtərağı ilə müzakirələr yaradıb. Qonaqlar toya şəxsi təyyarə ilə gətirilib. Masa və stullar xüsusilə ağ güllərlə bəzədilib.
Keenaz Hareem "Çox gözəl gündür. Hər anı yaddaşımızda qalacaq" deyə xarici mətbuata açıqlama verib.

Xatırladaq ki, Adnan Kaşıkçı 82 yaşında vəfat edib. Ailəsi onun Parkinson xəstəliyindən vəfat etdiyini açıqlayıb. O 86 metrlik yaxta "Nabila"nın sahibi idi.
Adnan həm də Şahzadə Diana ilə avtomobil qəzası keçirən Dodi El Fayedin dayısı olub.

Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.