AZ

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95illik yubileyi qeyd olunub.

“UNEC-in 95 illik inkişaf yolu və gələcək hədəflər” adlı yubileytədbirindən öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli LiderHeydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələridüzüblər, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonrauniversitetdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının abidəkompleksinin önünə gül dəstələri düzüblər.

Yubiley tədbirinin açılışında Ümummilli Lider Heydər Əliyevinİqtisad Universitetinin 70 illik yubileyindəkı çıxışıdinlənilib.

Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət MuradovUNEC kollektivini, məzunlarını yubiley münasibətilə təbrik edib.İqtisad Universitetinin zəngin və şərəfli tarixi yol keçdiyinideyən rektor, bu ali təhsil müəssisəsinin ölkədə köklü ideolojidəyişikliyə məruz qalan yeganə universitet olduğunu bildirib. Bütünçətinliklərə baxmayaraq, UNEC-in hər zaman Azərbaycan dövlətinə vədövlətçiliyinə, Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevəsadiqlik nümayiş etdirdiyini diqqətə çatdırıb və bundan sonra dabelə olacağını bəyan edib.

Rektor son 10 ildə universitetdə aparılan uğurlu islahatlardansöz açıb. O, UNEC-in regionda rəqəmsal universitet modelini tətbiqedən ilk ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. HəmçininUNEC-in süni intellektin tədris prosesinə, elmi tədqiqatlarıntəşkili işinə inteqrasiyası məqsədilə xarici mütəxəssislərlə birgəlayihə reallaşdırdığını qeyd edib.

Rektor 95 illik yubileyin Ulu Öndər Heydər Əliyevin 23 il öncəİqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğuvəzifələrin, eyni zamanda ölkə Prezidenti İlham Əliyev tərəfindənona verilmiş tapşırığın icrası ilə bağlı hesabat günü olduğunu qeydedib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevməni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdur: “AzərbaycanDövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır”.Bu gün QS beynəlxalq reytinqinin nəticələri açıqlanıb. UNEC bureytinqdə dünyanın 801-850-ci ən yaxşı universitetləri sırasınayüksəlib. Mən cənab Prezidentə hesabat verərək bildirmək istəyirəmki, Sizin verdiyiniz tapşırıq şərəflə yerinə yetirilib, cənabPrezident! İqtisad Universiteti dünya səviyyəli universitetdir!”Rektor bu uğurun zirvəyə aparan yolun başlanğıcı olduğunudeyib.

Yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti, akademik İsaHəbibbəyli UNEC-in 95 il ərzində ağır yollardan keçməsinəbaxmayaraq, hazırda müasir tələblərə cavab verən dünyəviuniversitet modeli qurduğunu deyib. O, UNEC-in ölkənin əsas elmmərkəzlərindən biri funksiyasını layiqincə yerinə yetirdiyini, eynizamanda ölkədə əmək bazarını istiqamətləndirən karyera mərkəzinəçevrilidiyini, eləcə də UNEC-in müasir dövrün çağırışlarına uyğunkadrlar yetişdirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Elm və Təhsil komitəsininsədri Anar İsgəndərov UNEC kollektivini təbrik edərək, bu alitəhsil müəssisəsinin ölkənin iqtisadçı kadrların hazırlanmasındakıəvəzsiz rolundan söz açıb. UNEC məzunlarının yüksək peşəkarlıq vəbilik səviyyələri ilə seçildiyini deyən komitə sədri bir çox alitəhsilli məzunların sonradan UNEC-də ikinci ali təhsil almalarınıbu universitetə olan etimadın göstəricisi kimi qiymətləndirib.UNEC-in yalnız yüksək ixtisaslı kadrların deyil, eyni zamandavətənpərvər gənclərin yetişdirilməsində də müstəsna xidmətləriolduğunu diqqətə çatdırıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yubileymünasibətilə universitetin rəhbərliyini və kollektivini təbrikedərək, fəaliyyətlərində uğurlar arzulayıb. Hesablama Palatası iləUNEC-in son illərdəki sıx əməkdaşlığından söz açan Palata sədrirəhbərlik etdiyi qurumda son 5 ildə işə qəbul olunan 47 (inzibatiheyətin 30 faizi) əməkdaşın UNEC məzunu olduğunu deyib. O,ümumilikdə Hesablama Palatasının inzibati heyət üzrə əməkdaşlarının55 faizinin (84 nəfər) məhz UNEC məzunları olduğunu diqqətəçatdırıb. Hesablama Palatasının UNEC ilə müxtəlif istiqamətlərdəuğurlu layihələr həyata keçirdiyini deyən Vüqar Gülməmmədovəməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyinibildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri SahibMəmmədov məzunu olduğu universitetin kollektivini təbrik edərək,UNEC-in ölkəmizin ali təhsil sistemində lider mövqeyə malikolduğunu deyib. Ölkəmizin iqtisadi qüdrətinin davamlı artmasındaUNEC-in rolunun böyük olduğunu qeyd edən S.Məmmədov bu təhsilocağının yetişdirdiyi peşəkar məzunların müxtəlif sahələrdə fəalçalışaraq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələrverdiyini diqqətə çatdırıb. O, son illərdə UNEC-də aparılangenişmiqyaslı islahatların nəticəsi olaraq məzunların həm dövlətstrukturlarında, həm də özəl sektorda önəmli mövqelərdə fəaliyyətgöstərdiklərini bildirib.

Millət vəkili, akademik Ziyad Səmədzadə yubiley münasibətiləuniversitetin kollektivini təbrik edərək, bu ali təhsilmüəssisəsinin ölkəyə verdiyi böyük töhfələrdən danışıb. O bildiribki, UNEC yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı,innovativ yanaşmaları və müasir təhsil proqramları ölkəninsosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr qazandırır vəgələcək nəsillərin yetişdirilməsində özünəməxsus missiyanı davametdirir.

Sonda rektor, professor Ədalət Muradov UNEC-in son 10 ildə elm,təhsil, tədris, beynəlxalq əlaqələr və digər sahələrdə əldə etdiyiuğurlar barədə geniş təqdimatla çıxış edib.

Təntənəli yubiley tədbiri UNEC-in himni ilə yekunlaşıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr