AZ

Əfran İsmayılov: "Mərhələni adlamağımız mümkündür"

"Mərhələni adlamağımız mümkündür".

Bunu İdman.biz-ə "Araz-Naxçıvan"ın məşqçisi Əfran İsmayılov UEFA Konfrans Liqasında komandasına rəqib olan "Aris"ə (Saloniki) qarşı şanslarını dəyərləndirərkən deyib.

Millinin sabiq futbolçusu cütün taleyinə nikbin yanaşır: Avrokuboklarda ilk ilimizdir. Növbəti mərhələyə adlayan tərəf olmaq üçün əlimizdən gələni edəcəyik. Rəqib çox təcrübəlidir. Buna baxmayaraq, yaxşı heyət formalaşdırdıqdan, güclü hazırlaşdıqdan sonra mərhələni adlamağımız mümkündür".

Onun sözlərinə görə, Yunanıstan təmsilçiləri İsmayılov üçün yad rəqib deyil: "Qarabağ"da oynadığım zaman PAOK-a rəqib olmuşduq. İndi isə məşqçi kimi bənzər situasiyanı yaşayıram. Onların çempionatı çox keyfiyyətli, səviyyəlidir. "Olimpiakos", PAOK, AEK, " Panatinaikos" kimi ciddi komandalar çıxış edir. Meydana uduzmaq üçün çıxmayacağıq. Sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma iyulun 24-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə baş tutacaq.

Murad Abdullazadə
İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr