AZ

Növbəti İstanbul danışıqlarında nə müzakirə olunacaq? Peskov açıqladı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Kremlin sözçüsü Dmitri Peskovun dediyinə görə, İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda məhbus mübadiləsi və sülh yolu ilə nizamlanmaya dair “memorandumlar” müzakirə oluna bilər. 

“AzPolitika” xəbər verir ki, Peskov bunu “İzvestiya”ya müsahibəsində deyib.

“Əlbəttə, bu, humanitar mübadilələrin, məhbusların azad edilməsinin, cəsədlərin dəyişdirilməsinin davamıdır və prezident dünən bildirib ki, biz bu praktikanı davam etdirməyə hazırıq. Əlbəttə ki, biz mübadilə edilən memorandum layihələrinə reaksiya ilə bağlı hansısa şəkildə fikir mübadiləsi aparmalı olacağıq", - Peskov əlavə edib.

Ötən gün isə Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində xarici jurnalistlərlə danışarkən Rusiya və Ukrayna nümayəndə heyətlərinin üçüncü görüşünün iyunun 22-dən sonra keçirilə biləcəyini qeyd edib: "Danışıq qruplarımız bir-biri ilə əlaqə saxlayır. Mən indicə Medinskidən soruşdum, o deyir ki, bu gün Kiyevdən olan tərəfdaşı ilə danışıb. Onlar, prinsipcə, iyunun 22-dən sonra görüşməyə razıdırlar".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
azpolitika.info

1Mənbələr