AZ

8 gecə 9 gün davam edən Misir-İordaniya turu 1199 USD qiymətlə satışda

Story Travel turizm şirkəti qədim sivilizasiyaların məskəni olan Misir (Şarm Al Şeyx, Qahirə) və İordaniyanın (Aqaba, Jerash, Wadi Rum, Petra) unudulmaz qrup turunu təqdim edir.

Finss.az xəbər verir ki, tur 8 gecə 9 gün davam edəcək və 08–16 noyabr 2025 tarixlərində təşkil olunacaq.

Turun qiyməti 1199 ABŞ dolları olaraq müəyyən edilib və qiymətlər dinamikdir. Otellər AQABA-da The Loft Hotel 4*, Şarm Al Şeyxdə isə Renaissance Golden View 5* olacaq.

Qiymətə daxildir: gediş-dönüş aviabilet (10 kq əl yükü ilə), oteldə gecələmə və xidmətlər, qrup transferi, səhər yeməyi və tur rəhbərinin xidməti.

Ekskursiyalar arasında Aqaba şəhər gəzintisi, Roma dövrünə aid Jerash, məşhur Petra şəhəri (günorta və axşam şamlarla), Wadi Rum (Atlarla gəzinti və gecələmə, əlavə ödənişlə), Ölü Dəniz, Qırmızı Dəniz, Ayla Beach, Downtown bazarı, sualtı qayıqla səyahət (Submarine), Buggylərlə safari, Şarm Al Şeyx bazarı və Qahirədə Piramidalar yer alır. Zaman qalarsa, İskəndəriyyə şəhər gəzintisi də təşkil olunacaq.

Qeyd edilir ki, əlavə turistik gəzintilər turistlərin tələbinə əsasən proqramdan əlavə olaraq təşkil oluna bilər. Şəhər vergiləri və vizalar, eləcə də ödənişli ekskursiya məkanlarına giriş biletləri qiymətə daxil deyil. Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və qeydiyyat üçün (077) 568 53 70 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az

Seçilən
7
fins.az

1Mənbələr