“Sabah” klubunun U-14 komandası Qazaxıstanın Konayev şəhərində keçirilən “More Futbola” beynəlxalq turnirinə uğurlu başlayıb.
Fanat.Az xəbər verir ki, yeniyermələr ilk üç oyununda qələbə qazanıb.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İlqar Mənsimovun baş məşqçisi olduğu kollektiv Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran” komandasını 10:0, “Kayrat Aksay”ı isə 9:0 hesabı ilə məğlub edib.