AZ

Ernan Krespo yenidən Braziliya klubunda

Futbol üzrə Argentina millisinin sabiq hücumçusu Ernan Krespo "San Paulu"nun baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, 49 yaşlı mütəxəssis təxminən dörd ildən sonra Braziliya klubuna qayıdıb və 31 dekabr 2026-cı ilə qədər müqavilə imzalayıb.

Krespo 2021-ci ildə səkkiz ay müddətində "San Paulu"nu çalışdırıb və komandaya Paulista çempionluğunu qazandırıb. Ondan sonra argentinalı Qətərin "Əl-Duhail" və BƏƏ-nin "Əl-Əyn" komandalarında baş məşqçi olub.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr