AZ

Kilian Mbappe xəstəxanaya yerləşdirilib

"Real Madrid"in futbolçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.

İdman.biz xəbər verir ki, buna fransalı hücumçunun kəskin qastroenteritdən əziyyət çəkməsi səbəb olub.

ABŞ-da klublararası dünya çempionatında olan Mbappe ilk turda “Əl-Hilal”la (Səudiyyə Ərəbistanı) matçı da soyuqdəyməyə görə buraxıb. Onun adı hətta 1:1 hesabı ilə başa çatan matçın sifariş ərizəsinə də salınmayıb.

İdman.biz

Seçilən
5
1
idman.biz

2Mənbələr