ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın tikilməkdə olan Xondab ağır su tədqiqat reaktorunun vurulması barədə məlumatlı olduğunu bildirib.
"Reaktor istismarda olmayıb və nüvə materialı ehtiva etmədiyi üçün radioloji təsir yoxdur. Hazırda AEBA-nın Xondab ağır su istehsalı zavodunun zərbə aldığına dair heç bir məlumatı yoxdur", – BMT-nin nüvə proqramlarına nəzarət institutu X platformasındakı paylaşımında qeyd edib.
İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqayi isə AEBA-nı yalan hesabat hazırlamaqda ittiham edib və bildirib ki, bu hesabat əsasında hazırlanan qətnamədən İsrail, İrana hücum üçün bəhanə kimi istifadə edib.
Rafael Qrossinin "Bizim İranın nüvə silahı hazırlamaq istiqamətində sistemli bir səylə məşğul olduğuna dair heç bir sübutumuz yoxdur" fikrinə münasibət bildirən İran XİN sözçüsü bu etirafın artıq gec olduğunu bildirib: "Bu, artıq gecdir, cənab Qrossi. Siz bu həqiqəti tamamilə qərəzli hesabatınızda gizlətmisiniz. Bu hesabat E3 (Almaniya, Britaniya və Fransa)/ABŞ tərəfindən əsassız ittihamlar əsasında qətnamə hazırlamaq üçün alətə çevrilib."
İranlı rəsmi AEBA-nın baş direktorunu "nüvə silahlarının yayılmasının qarşısının alınması rejiminə xəyanət etməkdə və İrana qarşı başladılan müharibədə AEBA-nı tərəfdaşa çevirməkdə" ittiham edib.
İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Cavad Zərif də Rafael Qrossini məsuliyyətsizlikdə və yanlış hesabat təqdim etməkdə günahlandırıb:
"Rafael Qrossinin məsuliyyətsiz və yanlış AEBA hesabatı Agentliyə bərpaolunmaz ziyan vurub. Qrossi, İsrailin təcavüzü nəticəsində İranda günahsız insanların ölümü üçün bəhanə kimi istifadə olunan bu hesabatda iştirakına görə cavab verməlidir", – Zərif X sosial media hesabında yazıb.
AzPolitika.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.