ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı maşın park edilmiş “Mitsubishi Pajero” markalı avtomobilə çırpılıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisənin görüntüsünü qəza törədən sürücü sosial şəbəkə hesabında paylaşıb. Sürücü qəzaya səbəb kimi fikirli olduğunu bildirib.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.