AZ

Putin G20 Zirvəsinə Dəvət Edilib

BAKI, TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin bu ilin noyabrında Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 liderlər sammitinə rəsmi dəvət alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin G20 və APEC məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev bildirib.

Berdıyev bildirib ki, ötən həftə Cənubi Afrika Prezidenti tərəfindən imzalanmış rəsmi dəvət məktubu alınıb və bu dəvət G20 prosedurlarına tam uyğun şəkildə təqdim olunub.

Diplomat qeyd edib ki, Rusiya nümayəndə heyətinin hansı səviyyədə sammitdə iştirak edəcəyi barədə qərarı şəxsən prezident Vladimir Putin verəcək.

Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio açıqlamasında Birləşmiş Ştatların nə dövlət başçıları, nə də xarici siyasət rəhbərləri səviyyəsində Cənubi Afrikada keçiriləcək sammitə qatılmayacağını bildirib. Bu qərar Vaşinqton və Pretoriya arasında yaranmış fikir ayrılıqları və sammitin gündəliyinə dair narazılıqlarla əsaslandırılıb.

Seçilən
3
turkic.world

1Mənbələr