Baku.ws saytına istinadən ain.az xəbər verir.
Hollivud ulduzu Tom Kruz mükafatlandırılacaq.
BAKU.WS xəbər verir ki, Amerika Kino Sənətləri Akademiyası bu il "Governors-2025" mükafatlarının təqdim oluhnacağı 4 məşhur şəxsin adını açıqlayıb.
Bunlar Tom Kruz, Dolli Parton, Debbi Allen və Uinn Tomasdır.
Tom Kruza "Şərəf" mükafatı bu günə qədər kino sahəsində göstərdiyi xidmətlərinə görə təqdim olunacaq. Dolli Parton isə xeyriyyəçi kimi gördüyü işlərə görə bu mükafatı alacaq.
Mərasimi Konan Obrayn aparacaq.
Mükafatlandırma noyabrda Los-Ancelesdəki "Ray Dolby Ballroom"da baş tutacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.