AZ

İran İsrailə yeni raket hücumunu həyata keçirib

Bakı. Trend:

İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisindən yeni raketburaxılışını qeydə alıb.

Trend xəbərverir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Ölkənin bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elanedilib. Hərbçilər hava hədəflərini vurmağa başlayıblar.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Seçilən
55
25
az.trend.az

10Mənbələr