AZ

Pul borcu üstündə fəhlələr arasında DAVA

Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Murad pul borcu üstündə yaranan mübahisə zamanı tanışı Namiqə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Mədəniyyət  və incəsənət parkının ərazisində yerləşən “Turan” restoranın yaxınlığında baş verib. 

Murad orada əvvəllər tanıdığı Namiqə şillə və yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 22:30-da Mədəniyyət və incəsənət parkının ərazisində yerləşən “Turan” restoranın yaxınlığında piyada gəzdiyi zaman təxminən 1 il əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı Namiqi görüb, onlar söhbət ediblər: “Söhbət zamanı da birlikdə işlədiyimiz müddətdə ona vermiş olduğum 50 manat borc pulu tələb etdim. Namiq hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 50 manat borcunu ödəyəcəyini dedi. Lakin, Namiqi uzun müddətdir ki, görmədiyim üçün pulumu indi istədiyimi bildirdim. Namiq də hazırda imkanı olmadığını bildirərək ünvanıma nalayiq ifadə işlətdi, ümumiyyətlə həmin pulu verməyəcəyini dedi. Bundan sonra da Namiqin dediyi ifadələrdən əsəbləşdiyim üçün sağ əlim ilə onun başının sol nahiyyəsinə bir dəfə şillə ilə, sonra da bir dəfə yumruqla zərbə vurdum. O, da yıxıldı. Namiq məndən yaşca böyük olduğundan yaxınlaşaraq üzrxahlıq etmək istədim. Lakin, Namiq ayağa qalxaraq barəmdə polisə müraciət edəcəyini dedi və oradan getdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Murad Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
2
1
demokrat.az

2Mənbələr