ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada biçinlə məşğul olmaq istəyən kişi ərazini nəzərdən keçirərkən Böyük Vətən Müharibəsindən qalma mərmi aşkarlayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Başqırdıstanın Kuşnarenkovsk rayonu ərazisində baş verib.
Dərhal əlaqədar orqanlara məlumat verən kişi bununla bəlkə də böyük faciənin qarşısını almış olub.
Əraziyə gələn mütəxəssislər partlamamış 85 mm-lik artilleriya mərmisini zərəsizləşdiriblər.
Qeyd edək ki, korroziyaya məruz qalmasına baxmayaraq, mərmi partlama keyfiyyətini itirməyibmiş.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.