AZ

İran-İsrail münaqişəsinin geoiqtisadi təsirləri: Azərbaycan bu mərhələdə nə qazanacaq, nə itirəcək?

“İran və İsrail arasında davam edən müharibə, şübhəsiz ki, yalnız bu iki ölkə ilə məhdudlaşmır – baş verənlər bütün regiona, hətta qlobal geosiyasi və geoiqtisadi balanslara da təsir göstərir. Bu təsirlərin hansı istiqamətdə və nə qədər davam edəcəyi hələlik qeyri-müəyyən olaraq qalır”

Bunu  Moderator.az-a  iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görəhazır ki,  mərhələdə müşahidə olunan əsas tendensiya odur ki, münaqişənin Azərbaycan iqtisadiyyatına birbaşa və ciddi mənfi təsiri yoxdur. Əksinə, proseslər fonunda dünya neft bazarında qiymətlərdə artım müşahidə olunub: 

“Azərbaycan neftin qiyməti 77-78 dollar intervalına qədər yüksəlib ki, bu da Azərbaycan üçün iqtisadi baxımdan müsbət nəticə hesab oluna bilər. Neftin bahalaşması Dövlət Neft Fondunun valyuta gəlirlərinin artması ilə yanaşı, büdcəyə əlavə vəsait axını deməkdir.

Lakin münaqişə daha da dərinləşərsə və region miqyasında yayılarsa, bu, xüsusilə də nəqliyyat-logistika xətlərinə, o cümlədən beynəlxalq ticarət yollarına ciddi təsir göstərə bilər. Belə bir ssenaridə Azərbaycan da daxil olmaqla bir çox ölkələr üçün iqtisadi nəticələr qaçılmaz ola bilər.

Hazırda İran-Azərbaycan münasibətlərində münaqişənin birbaşa əksi hiss olunmur. İran məhsullarının Azərbaycanın daxili bazarına və ərazisindən keçməklə digər istiqamətlərə çıxışında hər hansı ciddi problem yaşanmır. Lakin vəziyyətin sabit qalacağına dair zəmanət yoxdur. Prosesin inkişafı və mümkün ssenarilər Azərbaycan üçün həm fürsətlər, həm də risklər yarada bilər”.

 

Mehin Mehmanqızı

Seçilən
5
moderator.az

1Mənbələr