Xankəndi, 19 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu, mənim Qarabağa ilk səfərimdir. Şuşa və Füzuli şəhərlərində aparılan bərpa-quruculuq işləri olduqca heyranedicidir. Düşünürəm ki, tikinti-quruculuq işləri başa çatandan sonra bu yerləri tanımaq olmayacaq.
Bunu Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Albaniyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Petro Koçi deyib.
“Mən Azərbaycan xalqına, Şuşa və Xankəndi sakinlərinə ən xoş arzularımı çatdırmaq istərdim. Zənnimcə, Qarabağın geniş turizm potensialı var və gələcəkdə bu region məşhur turizm məkanı ola bilər”, - deyə o bildirib.