“Nyukasl” “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu heyətinə qatmaq istəyir.
QOL.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
“Ağ-qaralar” ingiltərəli hücumçunu icarəyə götürmək niyyətindədir. Lakin Mançester təmsilçisi oyunçunu tam transfer etmək variantına üstünlük verir. “Nyukasl” rəhbərliyi Reşfordun onların komandasında karyerasındakı uğuru bərpa edəcəyinə inanır.
Futbolçunun əsas arzusu “Barselona”ya keçmək olsa da, Kataloniya təmsilçisi ona maraq göstərmir.
Qeyd edək ki, Raşford bu ilin fevralında icarə əsasında “Aston Villa”ya keçmişdi. O, Birmingem klubunda 17 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. “Mançester Yunayted”lə müqaviləsi isə 2028-ci ilin yayına qədər qüvvədədir.