AZ

"Sabah"ın rəqibi bombardirini satdı

”Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sele"də ayrılıq reallaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Sloveniya klubunun mətbuat xidməti məlumat yayıb. 

Ölkə kubokunun qalibi hücumçusu Alyoşa Matkonu Macarıstanın “Uypeşt” klubuna satıb. 

25 yaşlı oyunçu 2022-ci ildən "Sele"də çıxış edirdi. O, bu müddətdə 122 oyunda meydana çıxdaraq 51 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, "Sabah" “Sele” ilə ilk oyununu 10 iyulda evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Seçilən
1
1
fanat.az

2Mənbələr