AZ

İran NÜVƏ SİLAHINI İŞƏ SALIR? - Hansı ölkələr zərər görəcək? 

Xəbər verdiyimiz kimi, İran və İsrail gərginliyi davam edir. Bu fonda hər kəsi təşvişə salan İranın nüvə silahından istifadə etmə ehtimalıdır.


İran İsrailə qarşı nüvə silahından istifadə edərsə, bunun nəticəsi nə olacaq? Təxminən hansı ərazilər zərər görəcək?


Hərbi ekspert Səxavət Məmməd Referans-a açıqlamasında bu sualları cavablandırıb.




“Hazırda müharibənin gedişi ilə bərabər həm də informasiya savaşının şahidi oluruq. İran dəfələrlə bildirib ki, onların nüvə silahı yoxdur, nüvəni yalnız dinc məqsədlər üçün istifadə edirlər. Hətta MAQATE belə açıqlama verdi ki, İranın nüvə silahı yoxdur və nüvə silahının olma ehtimalı da hələ ki yoxdur. Amma çox maraqlıdır ki, İsrail və ABŞ tərəfi bildirir ki, İranın nüvə silahı əldə edə bilər. Mən də hesab edirəm ki, İranın nüvə silahı mövcud deyil və o, mövcud olmayan bir şeydən təbii ki, istifadə də edə bilməyəcək”.


Ekspert bildirib ki, münaqişə tərəfləri olan İran və İsrail bir-birlərini tükədənədək bu müharibə davam edəcək.


“Hesab edirəm ki, indiki mərhələdə proses sanki dalana dirənib. Çünki Amerika bu prosesə qoşula bilmir. İsrail düşünürdü ki, Amerika dərhal prosesə qoşulacaq. Bundan əlavə Amerika prosesə qoşularsa, Böyük Britaniyanın da qoşulma ehtimalı yüksəkdir. Amma görünən odur ki, hələ kənar qalmağı seçirlər. İsraillə İran bir birini tükətməyə çalışacaqlar. Bu müharibənin başlaması müəyyən məqsədlər daşıyırdı lakin bu məqsədlərə hələ çatılmayıb”.


Səxavət Məmməd son olaraq qeyd edib ki, ABŞ və Böyük Britaniyanın bu müharibəyə qoşulması böyük və dünyanı əhatə edəcək bir müharibəyə gətirib çıxara bilər.

 

Fidan Vəlisoy 

Seçilən
3
2
referans.az

3Mənbələr