AZ

KİV: İsrail İranda təkcə silahları deyil, rejimi də hədəfə alıb

BAKI, 19 iyun. TELEQRAF

İsrailin hava hücumları İranda Xamneyinin hakimiyyətinin əsaslarını qırmaq məqsədi daşıyır.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, İsrailin qərb rəsmiləri bu fikirdədirlər.

"İsrailin genişmiqyaslı hava hücumlarının tək səbəbi İranın nüvə bazaları və raket imkanlarını məhv etmək deyil. Məqsədlərdən biri də Ali Rəhbər Əli Xamenei hökumətinin əsaslarını sarsıtmaqdır.

Baş nazir Benjamin Netanyahu İranın nüvə zənginləşdirməsindən, ballistik raket proqramından və regiondakı yaraqlı qruplara dəstəkdən həmişəlik imtina məqsədilə fundamental güzəştlərə getməyə məcbur olmaq üçün kifayət qədər zəifləməsini istəyir",- məlumatda deyilir.

Seçilən
2
teleqraf.com

1Mənbələr