AZ

İran İsrailə qarşı yeni raket hücumu həyəta keçirib

BAKI, TurkicWorld

Azərbaycan və Şimali Makedoniya Respublikası iarasında enerji, Orta Dəhliz, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

TurkicWorld İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu nazir Mikayıl Cabbarovun Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşü zamanı baş tutub.

Görüşdə Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb.

Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 27%-dən çox olub. Bununla belə, bildirilib ki, birgə səylərin gücləndirilməsi qarşılıqlı ticarəti daha da artıra bilər.

Qonaqlara Azərbaycanın biznes və investisiya imkanları haqqında məlumat verilib və Şimali Makedoniyanın iş adamları fəal işbirliyinə dəvət olunub.

Tərəflər enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Seçilən
2
turkic.world

1Mənbələr