AZ

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

"Barselona" klubu heyətində əsaslı dəyişiklik etməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya klubu yeni transferlər etmək və maliyyə fair-play tələblərini yoluna qoymaq üçün 7 oyunçunu buraxmağa hazırlaşır.

“Barselona” rəhbərliyinin satmaq istədiyi futbolçular Mark-Andre ter Ştegen, Pablo Torre, İnyaki Penya, Oriol Romeu, Pau Viktor, Andreas Kristensen və Ansu Fatidir. 

Qeyd edək ki, "Barselona" geridə qalan mövsümdə La Liqanın, İspaniya Kubokunun və İspaniya Superkubokunun qalibi olub.

Mirağa

Seçilən
3
1
fanat.az

2Mənbələr