AFFA-nın Apellyasiya Arbitraj Tribunalı U-15 Liqasının "Şamaxı" - "Metak" oyunu zamanı baş vermiş hadisəyə yenidən baxıb.
News365.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bildirilir ki, aprelin 22-də keçirilmiş oyunda "Şamaxı"nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun rəqib komandanın futbolçularını döyməsi barədə iddia yenidən araşdırılıb.
Nəticədə klubun apellyasiya şikayəti qismən təmin edilib. Bildirilib ki, Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən, müstəsna hal kimi bir il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarı əsassız və məcəlləyə ziddir. Buna görə də qərar ləğv edilib.
Süleymanov cəmi altı oyunluq kənarlaşdırılıb və klubu 500 manat cərimə ilə qurtulub.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilə bilər