“Real”ın futbolçusu Kilian Mbappe ABŞ-da xəstəxanaya yerləşdirilib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisinin rəsmi açıqlamasında bildirilir:
“Kilian Mbappe kəskin qastroenteritdən əziyyət çəkir və bir sıra tibbi analizlərdən keçmək və müvafiq müalicə almaq üçün xəstəxanaya yerləşdirilib”.
Qeyd edək ki, 26 yaşlı hücumçu bu səbəbdən 2025 Klub Dünya Çempionatının 1-ci turunda “Əl-Hilal”la matçı buraxmışdı. “Real” həmin oyunda 1:1 hesablı heç-heçə etmişdi.
"Kral klubu"nun növbəti oyununu 22 iyun Meksika təmsilçisi “Paçuka”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.