BAKI, 19 iyun. TELEQRAF
"İranın İsrailə hava zərbələri yalnız o zaman dayanacaq ki, qarşı tərəf İslam Respublikasına təzminat ödəsin".
Teleqraf xəbər verir ki, bu fikirlər İran Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında yer alıb.
"Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək", - deyə bəyanatda deyilir.
Qeyd edək ki, iyunun 13-dən başlayan İsrail - İran münaqişəsində tərəflər bir-birilərinə qarşılıqlı hava zərbələri endirirlər.