AZ

İran Hayfa və Təl-Əvivdəki obyektləri vurub

Bakı. Trend:

İran İsrailin Hayfa və Təl-Əviv şəhərlərindəki hərbi hədəflərəvə hərbi sənaye ilə bağlı sənaye mərkəzlərinə zərbələr endirib.

Trend xəbərverir ki, bu barədə IRIB dövlət teleradio şirkəti İslam İnqilabıKeşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumatyayıb.

Qeyd olunur ki, İran İsrailə yeni zərbələr dalğası zamanı Hayfavə Təl-Əvivdə raket əleyhinə kompleksləri məhv etmək üçün 100-dənçox pilotsuz uçuş aparatından istifadə edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Seçilən
98
25
az.trend.az

10Mənbələr