AZ

Telegram, Google, Facebook istifadəçilərinin 16 milyard parolu internetə sızdırılıb-XƏBƏRDARLIQ

Telegram, Apple, Google, Facebook, GitHub və bir çox digər beynəlxalq xidmətlərdən, habelə hökumət platformalarından 16 milyarddan çox parol və login internetə sızdırılıb.

AzPost bildirir ki, bu barədə Cybernews  tədqiqatçıları məlumat yayıb.

Bu, tarixdəki ən böyük məlumat sızıntılarından biridir. Məlumatın böyük hissəsi fişinq e-poçtları və ya veb-saytlar vasitəsilə kompüterə daxil olan zərərli proqramlardan istifadə etməklə toplanıb.

Sızdırılan məlumatların böyük əksəriyyəti əvvəllər heç vaxt dərc edilməmişdi. Verilənlər bazaları standart haker formatında təqdim olunur: link, istifadəçi adı, parol.

Ümumilikdə 30 baza aşkar edilib. Onların hər birində on milyonlarlardan tutmuş  3,5 milyarda qədər qeydlər var. Adına görə 455 milyondan çox qeyddən ibarət məlumat bazalarından biri Rusiyadan olan istifadəçilərlə əlaqələndirilir. 60 milyon qeydi olan digəri isə Telegram-dandır.

Mütəxəssislər parolları təcili olaraq dəyişdirməyi və iki faktorlu autentifikasiyanı aktivləşdirməyi məsləhət görürlər.

AzPost.az

Seçilən
13
1
azpost.info

2Mənbələr