UFC prezidenti Dana Uayt rusiyalı döyüşçü Movsar Evloevin titul şansı ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın "Championship Rounds"a istinadən yaydığı məlumata görə, o, Evloevin qarşıdakı döyüşdə qalib gələcəyi halda UFC çempionu Aleksandr Volkanovski ilə qarşılaşa biləcəyini bildirib.
“Əgər Movsar Evloev Aaron Piko üzərində qələbə qazansa, böyük ehtimalla növbəti titul döyüşündə Aleksandr Volkanovski ilə qarşılaşacaq”
Qeyd edək ki, məğlubiyyətsiz rusiyalı döyüşçü UFC-dəki növbəti çıxışını iyulun 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq UFC on ABC 9 turnirində edəcək. Onun rəqibi liqanın debütantı, amerikalı Aaron Piko olacaq.