GƏNCƏ, 19 iyun. TELEQRAF
Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2013-cü il təvəllüdlü Muhamməd Hüzüryani ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, azyaşlının üzərinə daş hasar aşan zaman ayaq nahiyyəsindən xəsarət alıb.