Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müstəntiqlər Moskva vilayətində itkin düşən 22 yaşlı qızın öldürülməsi ilə bağlı cinayətin üstünü açıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiyanın Moskva vilayəti üzrə İstintaq Komitəsindən məlumat verilib. Zərərçəkmişlə Lesnaya küçəsindəki mənzildə yaşayan 20 yaşlı Moskva vilayətinin Dzerjinski sakini saxlanılıb.
İyunun 10-da onlar qısqanclıq zəminində dava ediblər. Münaqişə zamanı gənc hirslənərək sevgilisinin boynunu sıxıb. O, meyiti gizlətmək qərarına gəlib və anasını köməyə çağırıb. Onlar birlikdə qurbanı Tula vilayətinə aparıb tarlada basdırıblar.
Qızın dostları və qohumları həyəcan təbili çalıb və onun itkin düşməsi barədə polisə məlumat veriblər. Dindirilmə zamanı ana oğlunun cinayətini etiraf edib. O, meyitin harada gizləndiyini də göstərib. Müstəntiqlər bunu artıq tapıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.