“Bilgah Beach Hotel” 2027-ci ilin yay fəslinədək fəaliyyətini dayandırdığını açıqlayıb.
Redeksiya xəbər verir ki, bu barədə “Bilgah Beach Hotel” məlumat yayıb.
“Yenilənmək və təmir işləri məqsədilə fəaliyyətimizə ara vermişik, lakin 2027-ci ilin yay fəslində möhtəşəm açılışla sizi qarşılamağı səbirsizliklə gözləyirik! Görüşmək ümidi ilə!”, – məlumatda deyilir.
Xatırladaq ki, ötən ilin Noyabr ayında hotel belə bir açıqlama yaymışdı:
“Bilgah Beach Hotel” daha bir möhtəşəm mövsümün sonuna gəldi. Sizi yeni və əyləncəli təcrübələrlə qarşılamaq üçün növbəti mövsümü səbirsizliklə gözləyəcəyik. Gələn macəralaradək!”