AZ

Bu dünyadan bir Ramiz Duyğun keçdi…

Dünyanın qarışdığı, od -alov qoxulu bir vaxtda, bir ömür kitabı bağlandı. Ramiz Duyğun dünyasını dəyişdi…

Şəxsən mənim və inanıram ki, 70-80- ci illər nəslinin vətənpərvər şəxsiyyət kimi yetişməsində Ramiz Duyğunun aparıcısı olduğu “Hünər” verilişi böyük rol oynayıb.
Tam səmimi deyirəm, həmişə bu verilişi həsrətlə gözləyərdim.

Hərdən çaşıb qalırdım ki, bu sərt baxışlı adam necə incə şeirlər yazır..

Aradan illər keçdi..
…iş elə gətirdi ki, onun nəvəsinə dərs demək nəsibim oldu. Heç xəbərim də yox idi kimə , kimin nəvəsinə dərs deyirəm.
Allahın işidir..

Uca Yaradan :Həyat: adlı romanda süjet xətlərini özü cızır, kimi harada rastlaşdırdığını, niyə rastlaşdırdığınl Özü bilir.
Bəlkə Ramiz Duyğuna dərin hörmətim idi bunun səbəbi? Bilmirəm.

Amma nəsillərə vətənpərvərliyi aşılayan nadir şəxsiyyətlərdın biri, ruhu şeir, poeziya ilə süslənmiş -polkovnik Ramiz Məlikov (Duyğun) bu gün fani dünyadan köç etdi.

Oğlu Qəlbi Məlikova yazdığı “Layla” şeirindən bir parçanı üzünü canlı görmədiyim, bu gün əbədi susan böyük kişiyə dərin hörmət hissi ilə təqdim edib …. mən də susuram…ən azı bir dəqiqəlik..

-Sən Dədəm Qorqudun bu günə sıçrayan çınqısı,
-Sən comərd Babəkin evimdə tutuşan yanğısı.
-Yuxunu toylarla, boylarla, oxşayar, boyaram,
-Yuxuna Babəkin qılınclı eşqini, qalxanlı kinini qoyaram.
-Yeganəm, təkim, layla, körpə Babəkim, layla.

Allah rəhmət eləsin…

Pərviz Ağalarov

Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi

Seçilən
2
2
moderator.az

3Mənbələr